Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində çıxış ediblər
Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində çıxış ediblər.

Şahmatçılarımızdan ən yaxşı nəticəni Xəzər Babazadə və Vüqar Rəsulov göstəriblər. Təmsilçilərimiz 11 turdan 8 xal toplayaraq 16-32-ci yerləri bölüşüblər. Digər şahmatçılarımız Murad İbrahimli 7,5, Zaur Bayramov 6, Rəşad Zeynallı 5,5 xal toplayıblar.

Turnirin qalibi 9,5 xalla rusiyalı şahmatçı Aleksey Sarana olub.

İsveçrə sistemi üzrə keçirilən yarışda 600-dən çox şahmatçı iştirak edib.

Xəbər 275 dəfə oxundu.