Azərbaycan Velosiped İdmanı Federasiyasına yeni idman direktoru təyin olunub
Ukraynalı mütəxəssis Oleq Berezovski Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVIF) idman direktoru vəzifəsinə təyin edilib.

Federasiyanın prezidenti Mədət Quliyev yeni idman direktoru ilə görüşüb.

Söhbət zamanı qarşıya qoyulan hədəflərdən danışan federasiya prezidenti yeni idman direktoruna fəaliyyətində uğurlar arzulayıb.

Xəbər 344 dəfə oxundu.