Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Kişi voleybolçular arasında Gümüş Avropa Liqasının 2022-ci il mövsümünün təqvimi açıqlanıb.

Azərbaycan yığmasının da oyunlarının vaxtı müəyyənləşib.

A qrupunda mübarizə aparacaq millimiz iki rəqiblə üz-üzə gələcək. İlk oyununda – mayın 28-29-da Macarıstanı qəbul edəcək komandamız iyunun 4-5-də Finlandiyanın qonağı olacaq.

Millimiz ikinci dövrəyə Finlandiya ilə ev matçı ilə başlayacaq. Qarşılaşmanın iyunun 11-12-də keçirilməsi nəzərdə tutulub. Son turda - iyunun 18-19-da yığmamız Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, Gümüş Avropa Liqasının “Dördlər finalı” iyunun 25-26-da keçiriləcək.

Xəbər 532 dəfə oxundu.