Ağırlıqqaldırma üzrə olimpiya çempionu vəfat edib
Keçmiş SSRİ-nin ağırlıqqaldırma üzrə olimpiya çempionu Viktor Mazin vəfat edib.

Tanınmış idmançı 67 yaşında ikən dünyasını dəyişib.

Viktor Mazin 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, təkanla qaldırmada dünya, iki hərəkətin cəmində olimpiya rekordu müəyyənləşdirib. Mazin həm də SSRİ çempionu olub.

Xəbər 456 dəfə oxundu.