Formula 1 pilotlarının 2022-ci il üçün aylıq məvacibləri açıqlanıb
Formula 1 pilotlarının 2022-ci il üçün aylıq məvacibləri açıqlanıb.

Pilotların aylıq gəlirlərini “Racing Elite” nəşri “Forbes” və müxtəlif digər mənbələrin məlumatlarına əsasən tərtib edib.

Siyahıda ilk iki pilləni ötən mövsümün əsas favoritləri Luis Hamilton (“Mercedes”) və Maks Verstappen (“Red Bull Racing”) tutur. Onların gəlirləri 40 milyon avroya çatacaq.

İlk onluqda Daniel Rikkardo (“McLaren”, 16 milyon), Fernando Alonso (“Alpine”, 15 milyon), Sebastyan Fettel (“Aston Martin”, 13 milyon), Şarl Lekler (“Ferrari”, 9 milyon), Corc Rassel (“Mercedes”, 4,5 milyon), Karlos Sayns (“Ferrari”, 3,5 milyon), Serxio Peres (“Red Bull Racing”, 3 milyon), Valtteri Bottas (“Alfa Romeo”, 2 milyon), Esteban Okon (“Alpine”, 1,5 milyon), Lens Stroll (“Aston Martin”, 1,2 milyon) və Lando Norris (“McLaren”, 1 milyon avro) qərarlaşıblar.

Xəbər 287 dəfə oxundu.