“Qarabağ”ın UEFA Konfrans Liqasındakı rəqibi futbolçusunu icarəyə verib
Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Fransanın “Marsel” komandası futbolçusu Cordan Amavini icarəyə verib.

Fransa klubu müdafiəçisini Liqa 1-in digər təmsilçisi “Nitsa”ya icarəyə verib. Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İyirmi yeddi yaşlı futbolçu mövsümün sonunadək “Nitsa”da çıxış edəcək.

Amavi 2018-ci ilin yayından “Marsel”də çıxış edib. O, bu mövsüm sözügedən komandada cəmi 4 oyuna çıxıb.

“Qarabağ”ın “Marsel” ilə ilk oyunu fevralın 17-də Fransada keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər 386 dəfə oxundu.