FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədlərin qısa siyahısını açıqlayıb
FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədlərin qısa siyahısını açıqlayıb.

Kişilər arasında bu ada Fransanın PSJ klubundan Canluici Donnarumma, İngiltərənin "Çelsi" klubundan Eduar Mendi və Almaniya "Bavariya"sından Manuel Noyer iddia edirlər.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın qolkiperlər isə Ann-Katrin Berger (Almaniya / "Çelsi"), Kristiana Endler (Çili / PSJ / "Lion") və Stefani Labbedir (Kanada / "Rusenqord" / PSJ).

Qeyd edək ki, "The Best" mükafatı 2022-ci il yanvarın 17-də təqdim ediləcək.

Xəbər 447 dəfə oxundu.