Basketbol üzrə Avroliqanın 9 oyunundan 7-si təxirə salınıb
Basketbol üzrə Avroliqanın müntəzəm çempionatının 19-cu turunun yanvarın 6-da Belqradda baş tutmalı olan “Srvena Zvezda” – “Fənərbağça” oyunu təxirə salınıb.

Serbiya klubunun rəhbərliyi 8 basketbolçu və 3 əməkdaşın (baş məşqçi Deyan Radoniç də daxil olmaqla) koronavirusa yoluxmasından sonra matçın təxirə salınmasını istəyiblər. Buna səbəb komandanın minimum heyətlə yarışa qatılmaq imkanının olmamasıdır.

Bu matç artıq Avroliqanın müntəzəm çempionatının 19-cu turunda təxirə salınan yeddinci oyun olub. Daha əvvəl də oxşar səbəbdən "Makkabi" - "Bakoniya", "ASVEL" - "Monako", "Real" - UNICS, "Alba" - "Panatinaikos", "Anadolu Efes" - "Bavariya" və "Zalgiris" - "Olimpiakos" matçları təxirə salınıb.

Xəbər 551 dəfə oxundu.