Şahmatçımız Azər Mirzəyev Budapeştdə keçirilən beynəlxalq turnirin qalibi olub
Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Azər Mirzəyev uğurla çıxış edib.

Təmsilçimiz 9 turdan 7 xal toplayaraq yarışın qalibi olub. İkinci yeri 6 xalla yerli idmançı Vilmos Balint tutub. Üçüncü pillədə isə 5 xalla İngiltərə təmsilçisi Şreyas Royal qərarlaşıb.

Turnir İsveçrə sistemi üzrə keçirilib.

Xəbər 460 dəfə oxundu.