Macarıstanda keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı uğurlu çıxışını davam etdirir
Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Azər Mirzəyev uğurlu çıxışını davam etdirir.

Təmsilçimiz İngiltərə şahmatçısı Mark Lyell ilə 8-ci turda heç-heçə edib. Səkkiz turdan sonra aktivində 6,5 xal olan şahmatçımız birinci yerdə qərarlaşıb. İkinci və üçüncü pillələri 5 xalla yerli idmançı Vilmos Balint və İngiltərə təmsilçisi Şreyas Royal tuturlar.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Xəbər 345 dəfə oxundu.