İngiltərə Premyer Liqasında koronavirusa 100-dən çox yoluxma qeydə alınıb
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivləri növbəti dəfə koronavirus testindən keçib.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Dekabrın 20-26-da 15 min 186 nəfərdən götürülmüş koronavirus testlərindən 103-nün nəticəsinin müsbət olduğu bildirilib.
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onların hamısı 10 günlük karantinə alınıb.

Xəbər 394 dəfə oxundu.