Voleybolçularımız “Qış kuboku” beynəlxalq turnirində gümüş medal qazanıblar
Rusiyanın Sankt-Peterburq şəhərində voleybol üzrə “Qış kuboku” beynəlxalq turniri keçirilib.

Qızlar arasında keçirilən yarışda ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) komandası təmsil edib. Voleybolçularımız turnirdə uğurla çıxış edərək gümüş medal qazanıblar.

Yarışda Azərbaycan, Rusiya və Moldova komandaları iştirak ediblər.

Xəbər 292 dəfə oxundu.