Azərbaycan karateçiləri bu il keçirilən yarışlarda 319 medal qazanıblar
Başa çatmaqda olan 2021-ci ildə 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən Azərbaycan karateçiləri 319 medal qazanıblar.

Medallardan 89-u qızıl, 118-i gümüş, 112-si bürünc mükafatdır.

Belə ki, karateçilərimiz yeniyetmə və gənclər arasında Avropa çempionatında 3 qızıl, 1 qümüş, 3 bürünc, gənclərin Premyer Liqa turnirlərində 7 qızıl, 5 qümüş, 3 bürünc, dünya kubokunda 1 qızıl, 3 qümüş, 2 bürünc, parakarate üzrə 1 qızıl, birinci MDB Oyunlarında 1 qızıl, 3 qümüş, 5 bürünc, Dünya Məktəblilərinin İdman Oyunları 1 qızıl, 3 qümüş, 3 bürünc medal qazanıblar.

XXXII Yay Olimpiya Oyunları karate komandamız üçün uğurlu olub. Belə ki, karateçilərimiz Tokio Olimpiadasını 2 gümüş medalla başa vurublar.

Karate komandamız Karate1 Premyer Liqa turnirlərində 2 qümüş, 7 bürünc, Avropa çempionatında 1 qızıl, 1 qümüş, 1 bürünc, parakarate üzrə isə 1 qızıl, 2 bürünc, dünya çempionatında 1 qızıl, 1 bürünc, parakarate üzrə 2 bürünc, WSF-nin 11-ci dünya şotokan çempionatında 15 qızıl, 9 qümüş, 12 bürünc və digər beynəlxalq yarışlarda 16 qızıl, 12 qümüş, 12 bürünc medal qazanıb.

Xəbər 345 dəfə oxundu.