Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş atletika üzrə turnir keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş və Tofiq Karayevin mükafatı uğrunda “Dynamic new athletics” turniri keçirilib.

2008-2011-ci il təvəllüdlü uşaqlar (U14) arasında keçirilən yarışda Bakı atletləri ilə yanaşı, 5 rayondan – Gəncə, Bərdə, İsmayıllı, Xızı, Astaradan da komandalar iştirak ediblər. Yekun nəticəyə görə, müxtəlif kateqoriyalar üzrə fərdi yarışlarda Kənan Bayramov, Dəmir Çobanzadə, Bahar Mustafayeva, Nihad Abbasov, Mehri Nadirova, Emilya İsgəndərova, estafet yarışlarında Oksana Cəlilova – Şahin Məmmədli, komanda yarışlarında Kənan Bayramov - Mehri Nadirova qalib adını qazanıblar.

Qalib və mükafatçılar medal, sertifikat və hədiyyə ilə təltif olunublar.

Xəbər 784 dəfə oxundu.