AFFA İntizam Komitəsi klubları cəzalandırıb | |
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Kubokunun 1/8 final mərhələsi və Premyer Liqanın XIV tur qarşılaşmalarında baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlar çıxarılıb. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyununda oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.2); MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 62.1); MOİK klubunun futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1); MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39); 1/8 final mərhələsinin “Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39); Premyer Liqanın XIV turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1); “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39); XIV turun “Sumqayıt” – “Keşlə” oyununun 80-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançayaa kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1); XIV turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39); |
|
Xəbər 283 dəfə oxundu. |
|
|