Azərbaycan Üzgüçülük Federasiyasının nümayəndə heyəti FINA-nın konqresində iştirak edib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) konqresi keçirilib.

Tədbirə 201 dövlətdən nümayəndə qatılıb. Azərbaycanı konqresdə da Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov və baş katibi Fərid Bənənyarlı təmsil ediblər.

F.Bənəyarlının sözlərinə görə, konqres çərçivəsində FINA-nın prezidenti Hüseyn Əl-Müsəlləm altı aylıq hesabatla çıxış edib. Ümumilikdə 2021-ci ildə görülən işlər qənaətbəxş hesab olunub.

Sonra FINA-nın əsasnaməsində bəzi dəyişiklər barədə müzakirələr aparılıb. Müzakirələrdən sonra yeni təkliflər qəbul edilib.

Konqres çərçivəsində Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi digər ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xəbər 647 dəfə oxundu.