Azərbaycan idmançıları Rusiyada keçirilən kəmər güləşi üzrə dünya kuboku yarışında üç medal qazanıblar
Rusiyanın Ufa şəhərində kəmər güləşi üzrə böyüklər arasında dünya kuboku yarışı keçirilib.

Bu yarışda ölkəmizi təmsil edən idmançılar 2 gümüş və 1 bürünc medal qazanıblar. Belə ki, Səftər Məmmədov (82 kq) və Arif Niftullayev (100 kq) çempionluğun bir addımlığında məğlub olaraq gümüş medala sahib olublar. Turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Xəyal Mehdiyev isə bürünc medala sahib olub.

Qeyd edək ki, dünya kuboku turnirinin baş hakimi beynəlxalq dərəcəli hakimimiz Rəsul Həsənov olub.

Xəbər 323 dəfə oxundu.