Stolüstü tennisçimiz beynəlxalq turnirdə altıncı yeri tutub
Rumıniyanın Buzau şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp U-13 IV" 2021 təlim-məşq toplanışı və turniri keçirilib.

Yığma komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında perspektivli idmançı Adil Əhmədzadə turnirdə iştirak edib.

Təmsilçimiz yarışda uğurla çıxış edərək 12 seçilmiş idmançı arasında 6-cı yerə layiq görülüb.

Qeyd edək ki, idmançımız bu layihənin əvvəlki mərhələlərində də uğurlu iştirak edib.

Xəbər 432 dəfə oxundu.