Boksçumuz Serbiyada beynəlxalq turnirdə mübarizəni dayandırıb
Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir davam edir.

Yığmamızın yarışdakı yeganə idmançısı Mirşərif Kazımzadə (75 kq) ikinci görüşünü keçirib.

İlk qarşılaşmasında moldovalı Vlad Qavriluçə qalib gələn boksçumuz dörddəbir finalda serbiyalı Sandro Poletanla üz-üzə gəlib. Döyüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, təmsilçimiz yarışda mübarizəni dayandırıb.

Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.

Xəbər 326 dəfə oxundu.