Bu gün Azərbaycan badmintonçusu İspaniyada keçirilən dünya çempionatında ikinci görüşünə çıxacaq
Dekabrın 15-də Azərbaycanın badminton üzrə milli komandasının lideri Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçirilən dünya çempionatında ikinci görüşünə çıxacaq.

Təmsilçimiz onaltıdabir finalda Honkonq təmsilçisi Li Çeuk Yiu ilə qarşılaşacaq.

Xatırladaq ki, E.Dviçayo ilk görüşündə Türkiyə idmançısı Emre Laleyə 2:0 (21-15, 21-16) hesabı ilə qalib gəlib.

Xəbər 357 dəfə oxundu.