Formula 2: Felipe Druqoviç “MP Motorsport” komandası ilə müqavilə imzalayıb
Felipe Druqoviç Formula 2 üzrə dünya çempionatının 2022-ci il mövsümündə “MP Motorsport” komandasında çıxış edəcək.

Braziliyalı pilot Niderland komandası ilə müqavilə imzalayıb.

2020-ci ildə gənclər seriyasında debüt edən pilot “UNI-Virtuosi”nin heyətində 4 dəfə podiuma qalxıb. Cari mövsümü pilotların ümumi sıralamasında səkkizinci olub.

F.Druqoviç yeni komandasında Klementa Novalak ilə birgə çıxış edəcək. Hər iki pilot dekabrın 16-18-də Əbu-Dabida təşkil olunacaq test yarışlarında iştirak edəcək.

Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü gələn il martın 18-20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.

Xəbər 318 dəfə oxundu.