Şahmat tacı uğrunda dünya çempionatında on birinci tur keçiriləcək
Dubayda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda dünya çempionatı davam edir.

Bu gün – dekabrın 9-da 11-ci turun qarşılaşması keçiriləcək. Ötən turların nəticəsinə görə, dünya çempionu 6,5:3,5 hesabla Rusiya şahmatçısını üstələyib.

Turnir on dörd turdan ibarətdir.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyada V.Anand, 2016-cı ildə ABŞ-da rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Xəbər 334 dəfə oxundu.