Azərbaycan gimnastı Nazənin Teymurova Polşada qızıl medal qazanıb
Polşanın Zabrze şəhərində qadın idman gimnastikası üzrə “Barborka Cup 2021” adlı beynəlxalq turnir keçirilib.

Turnirdə ölkəmizi Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə təmsil ediblər.

Gənclər arasında iştirak edən N.Teymurovanın çıxışı uğurlu olub. O, çoxnövçülükdə hakimlərdən 48.665 xal alaraq, fəxri kürsünün birinci pilləsində qərarlaşıb.

Onun komanda yoldaşları Duyğu Məcidzadə və Məryəm Musayeva çoxnövçülük yarışında müvafiq olaraq 6-cı və 9-cu yerlərdə qərarlaşıblar.

Xəbər 334 dəfə oxundu.