Eltac Səfərli İspaniyada keçirilən beynəlxalq turnirdə liderlər qrupunda mübarizə aparır
İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni uğurla davam etdirirlər.

Beşinci turda şahmatçılarımızdan Eltac Səfərli və Məhəmməd Muradlı qələbə qazanıblar. Digər təmsilçimiz Aydın Süleymanlı isə heç-heçə edib. Hazırda E.Səfərli 4 xalla liderlər qrupunda mübarizə aparır. M.Muradlı 3,5, A.Süleymanlı isə 3 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

Xəbər 300 dəfə oxundu.