Türkiyə Superliqası: "Qalatasaray" növbəti dəfə xal itirib
Dekabrın 4-də futbol üzrə Türkiyə çempionatının XV turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray" doğma meydanda “Altay”ı qəbul edib.

Görüşdə qalib müəyyənləşməyib - 2:2.

Günün digər matçında isə "Trabzonspor" öz meydanında "Adana Dəmirspor"un qapısından iki cavabsız top keçirib. "Sivasspor" isə səfərdə "Alanyaspor"u minimal hesabla məğlub edib - 1:0.

Turun digər matçları isə dekabrın 5-də və 6-da keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla "Trabzonspor" başçılıq edir. Ondan 13 xal geri qalan "Konyaspor" ikinci, sonuncu ilə eyni xala malik olan "Hatayspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

Xəbər 307 dəfə oxundu.