Şahmat tacı uğrunda keçirilən dünya çempionatında daha bir heç-heçə qeydə alınıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə Rusiya təmsilçisi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda keçirilən dünya çempionatında daha bir heç-heçə qeydə alınıb.

7-ci turun oyununda 41-ci gedişdə bərabərlik qeydə alınıb. Hazırda M.Karlsen 4:3 hesabı ilə öndədir.

Qeyd edək ki, bundan əvvəlki turlarda, - 6-cı tur istisna olmaqla oyunlar bərabər şəkildə başa çatıb.

Dekabrın 5-də 8-ci partiya oynanılacaq. On dörd matçdan ibarət olacaq turnir dekabrın 15-dək davam edəcək.

Xəbər 310 dəfə oxundu.