Polşa klubu “Qarabağ”ın sabiq futbolçusu ilə yollarını ayırıb
Polşanın “Yagelloniya” klubu futbolçusu Dani Kintana ilə yollarını ayırıb.

Bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kintana “Yagelloniya”ya bu ilin yayında transfer olub. Otuz dörd yaşlı futbolçu zədə səbəbindən Polşa təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.

Dani 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.

Xəbər 298 dəfə oxundu.