Gəncə Futbol Akademiyasının hazır olacağı vaxt müəyyənləşib
Gəncə Futbol Akademiyasının hazır olacağı tarix müəyyənləşib.

Bu barədə "Kəpəz"in icraçı direktoru İlqar Nadiri klubun rəsmi saytına açıqlama verib.

Onun sözlərinə görə, akademiya 1 il müddətində tikilərək istifadəyə veriləcək. Nadiri onu da qeyd edib ki, akademiya binası ilə paralel olaraq stadionun ərazisində təbii ot örtüyünə malik iki böyük və bir kiçik ölçülü süni meydanın salınması planlaşdırılır.

Bunlardan əlavə, AFFA Gəncədə digər meydanın inşası işlərinə də başlayıb. Konstantin Abramenkonun uzun illər məşq keçdiyi “Lokomotiv” stadionunda meydanın yenidən qurulması üçün ərazidə söküntü işlərinə start verilib.

Xəbər 295 dəfə oxundu.