Məktəblilər arasında keçiriləcək Avropa çempionatında Azərbaycanı 25 şahmatçı təmsil edəcək
Dekabrın 3-də şahmat üzrə məktəblilərin növbəti Avropa çempionatı start götürəcək.

Onlayn formatda keçiriləcək yarışda Azərbaycanı 25 şahmatçı təmsil edəcək. Turnir oğlan və qızlar arasında 10, 11, 13, 15 və 17 yaş qruplarında keçiriləcək. Çempionat iki mərhələ üzrə təşkil olunacaq. Belə ki, ilkin seçmə mərhələ dekabrın 3-dən 5-dək, final mərhələsi isə dekabrın 10-dan 12-dək keçiriləcək.

Qitə turnirinə 18 ölkədən 300-dən çox şahmatçı qatılacaq.

Xəbər 348 dəfə oxundu.