Olimpiya çempionu ilin ən yaxşı atleti seçilib
2021-ci ilin ən yaxşı atleti müəyyənləşib.

Bu ada Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda qızıl medal qazanmış Karsten Varholm layiq görülüb.

Norveçli idmançı səsvermədə Coşua Çeptegeyi (Uqanda), Rayan Krauzer (ABŞ), Arman Düplantis (İsveç) və Eliud Kipçogeni (Keniya) qabaqlayıb.

Qeyd edək ki, ilin ən yaxşı atleti mükafatı 1988-ci ildə təsis olunub.

"Report"

Xəbər 600 dəfə oxundu.