Taekvondo üzrə Azərbaycan birinciliyində 6 çəki dərəcəsində mükafatçılar müəyyənləşib | |
Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmələr arasında taekvondo üzrə Azərbaycan birinciliyində ikinci yarış gününün qarşılaşmaları keçirilir. Turnirdə 6 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Belə ki, qızlar arasında Minayə Həsənli (59 kq-dan yuxarı), oğlanların mübarizəsində Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Vüqar Aslanov (41 kq), Rahil Umudov (61 kq) və Elcan Əliyev (65 kq) qızıl medal qazanıblar. Yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Bu gün başa çatacaq turnirdə 372 taekvondoçu mübarizə aparır. |
|
Xəbər 629 dəfə oxundu. |
|
|