“Sabah”ın qış təlim-məşq toplanışı üçün planı müəyyənləşib
Bakını “Sabah” klubunun qış təlim-məşq toplanışı üçün planı müəyyənləşib.

Hazırlıq prosesinə yanvarın 6-da Bakıda start veriləcək.

Komanda yanvarın 12-26-da Antalyada təlim-məşq toplanışı nəzərdə tutulub.

Baş məşqçi Murad Musayevin çalışdırdığı kollektiv Antalyada 3 yoxlama oyunu keçirəcək. Lakin rəqiblərin kimliyi hələ dəqiqləşməyib.

Xəbər 304 dəfə oxundu.