Azərbaycan millisi bu gün Monteneqro yığmasını qəbul edəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Komandamız “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşacaq. Qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Emanuela Rusta olacaq. Ona Erinda Kume və Miryeta Salla kömək edəcəklər. Dördüncü hakim funksiyasını Soada Tuşay yerinə yetirəcək.

Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Malta (1:2), Monteneqroya (0:2) məğlub olub. Rusiya seçməsi ilə keçirilən hər iki görüşdə təmsilçimiz məğlub olub – 0:2 və 0:4.

Xəbər 521 dəfə oxundu.