Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib
Azərbaycan Cüdo Federasiyası (ACF) yeni ünvana köçüb.

Qurum bundan sonra Bakı şəhəri, AZ 1004, A. Abbaszadə küçəsi 2-də “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin birinci mərtəbəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda Rövnəq Abdullayevi əvəzləyib.

Xəbər 664 dəfə oxundu.