Yığmamızın çıxış edəcəyi Avropa çempionatının oyunlarına bilet satışına başlanılıb
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışına başlanılıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbət verir ki,millimizin də iştirakçısı olacağı qrup oyunlarını izləmək istəyənlər 15 avrolarından keçəcəklər. Elə dörddəbir final görüşlərinin qiyməti də bu qədərdir. Yarımfinal matçlarına biletlərin satış qiyməti 20 avro, final və 3-cü yer uğrunda qarşılaşmanın dəyəri isə 25 avrodur.

Qeyd edək ki, D qrupunda yer alan millimiz yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya,ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Komandamız qrupdakı ilk iki oyunu Qroningendəki “Martina Plaza”da, son matçını isə Amsterdamdakı “Ziggo Dome”də keçirəcək.

Xəbər 308 dəfə oxundu.