Millimiz "Keşlə"yə yoxlama oyununda qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Keşlə”nin U-17 komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb.

U-16-nın heyətində Cumali Hüseynov və Rəhman Tahirli fərqləniblər.

Xəbər 294 dəfə oxundu.