Bakıda keçirilən dünya yaş qrupları yarışlarının sonuncu günündə daha səkkiz dəst medalın sahibləri müəyyənləşəcək
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının sonuncu günündə - noyabrın 28-də daha 8 dəst medalın sahibləri məlum olacaq.

Turnirin sonuncu günündə 11-12 yaş qrupunda qızlar və oğlanlar arasında batut gimnastikası, 15-16 yaş kateqoriyasında isə ikili minibatut yarışlarında qaliblər müəyyənləşəcək. Qızlar və oğlanlar arasında 13-14 yaş qrupunda tamblinqdə, 17-21 yaşlı gimnastların mübarizəsində isə batut üzərində sinxron tullanış yarışlarında mükafatçılar bəlli olacaq.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.Bakıda keçirilən dünya yaş qrupları yarışlarının sonuncu günündə daha səkkiz dəst medalın sahibləri müəyyənləşəcək
28.11.2021 [12:34]
Bakı, 28 noyabr, AZƏRTAC

Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının sonuncu günündə - noyabrın 28-də daha 8 dəst medalın sahibləri məlum olacaq.

AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə 11-12 yaş qrupunda qızlar və oğlanlar arasında batut gimnastikası, 15-16 yaş kateqoriyasında isə ikili minibatut yarışlarında qaliblər müəyyənləşəcək. Qızlar və oğlanlar arasında 13-14 yaş qrupunda tamblinqdə, 17-21 yaşlı gimnastların mübarizəsində isə batut üzərində sinxron tullanış yarışlarında mükafatçılar bəlli olacaq.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.

Xəbər 300 dəfə oxundu.