Yoldaşlıq oyunlarının başlama saatı və keçiriləcəyi məkan açıqlanıb
Xəbər verdiyimiz kimi, Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə futzal üzrə Azərbaycan milli komandası dekabrın 18-də və 19-da Ukrayna yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) keçiriləcək və saat 18:00-da başlayacaq.

Xəbər 263 dəfə oxundu.