Bodibildinq, klassik bodibildinq, mens fizik və bikini fitnes üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bodibildinq, klassik bodibildinq, mens fizik və bikini fitnes üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Şəhid Muxtar Qasımlının xatirəsinə həsr olunmuş yarışda 40-dək idmançı birincilik uğrunda mübarizə aparıb.

Bikini fitnes yarışlarında Məryəm Əlizadəqərib birinci olub.
Mens fizik yarışlarında hündürlüyü 170 santimetrədək idmançıların mübarizəsində Kamil Həsənov qızıl medal qazanıb. İsrafil Rzabəyli (176 santimetrədək) və Əli Qurbanlı (176 santimetrdən yuxarı) bütün rəqiblərini qabaqlamağı bacarıblar. Ə.Qurbanlı mütləq kateqoriyada da qələbəni bayram edib.

Muskulari mens fizik yarışlarında Şükran Soltanov fərqlənib.
Klassik bodibildinq yarışlarında hündürlüyü 175 santimetrədək atletlər arasında Kamran Nəsirli ölkə çempionu adını qazanıb. Həsənqulu Abdullayev mütləq və hündürlüyü 175 santimetrdən yuxarı idmançılar kateqoriyalarında birinci olub.

Bodibildinq yarışlarında Seymur Sadıxov (75 kq), Şahin Cahangirov (85 kq) və Yusif Nurullayev (85 kq-dan yuxarı) yarışı birinci pillədə başa vurublar. Y.Nurullayev mütləq kateqoriyada da fərqlənib.

Qeyd edək ki, şəhid M.Qasımlının qardaşı Orxan Qasımlı (176 santimetrdən yuxarı) mens fizik yarışlarında gümüş medal qazanıb.

Xəbər 396 dəfə oxundu.