Yeniyetmə güləşçilər üçün ustad dərsləri keçirilib
Noyabrın 26-da Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin, “Olimpsport” jurnalının, “Olimpiya dünyası” qəzetinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

“Olimpiya dünyası” qəzetinin 20 illik yubileyi münasibətilə Olimpiya Güləş Mərkəzində keçirilən tədbirdə ikiqat Olimpiya medalçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev yeniyetmə qız və oğlan güləşçilər üçün ustad dərsi keçib.

Məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev, Ağahüseyn Mustafayev, Namiq Quliyev və Elşad Allahverdiyevin də iştirak etdikləri hazırlıq prosesində yeniyetmə güləşçilərə müxtəlif fəndlərin icrası nəzəri və praktiki formada izah edilib.

Xəbər 315 dəfə oxundu.