Azərbaycanlı həndbol hakimləri “Beşiktaş” – “SKA Minsk” oyununu idarə edəcəklər
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri növbəti oyuna təyinat alıblar.

Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışda yenidən ölkəmizi təmsil edəcəklər. Təcrübəli referilər bu dəfə turnirin III mərhələsində “Beşiktaş” – “SKA Minsk” görüşündə söz sahibi olacaqlar.

Türkiyə və Belarusun kişi həndbolçulardan ibarət komandalarının oyunu noyabrın 28-də İstanbulun “Süleyman Seba Sport Haal” arenasında keçiriləcək.

Xəbər 354 dəfə oxundu.