Dünya yaş qrupları yarışlarında qızlar arasında tamblinq yarışının qalibləri müəyyənləşib
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında 15-16 yaşlı qızlar arasında tamblinq yarışının qalibləri müəyyənləşib.

Bütün rəqiblərini qabaqlayan Rusiya təmsilçisi Arina Kaliandra 34,100 xalla qızıl medala sahib olub.

Böyük Britaniya təmsilçiləri Naana Oppon (34 xal) və Komfort Yites (33,300 xal) ilk üçlüyü tamamlayıblar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 288 dəfə oxundu.