“Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb
Futzal üzrə Yüksək Liqanın IX turu çərçivəsində noyabrın 26-da keçirilməli olan “Xilə” – “Baku Fire” qarşılaşması qeyri-müəyyən vaxta təxirə salınıb.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, “Xilə” komandası bir neçə oyunçusunun səhhətində narahatlığın yaranması (yüksək temperatur) ilə bağlı federasiyaya müraciət edib. Bunu nəzərə alan federasiya matçın təxirə salınması ilə bağlı qərar qəbul edib.

Xəbər 491 dəfə oxundu.