Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək
Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.

Yarışda 2005-2007-ci illər təvəllüdlü idmançılar iştirak edəcəklər. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək. Yarış zamanı idmançıların valideynləri və tamaşaçılar zala buraxılmayacaqlar.

Dekabrın 2-də start götürəcək turnir iki gün davam edəcək.

Xəbər 335 dəfə oxundu.