Dünya yaş qrupları yarışlarında qadınlar arasında ikili minibatut üzrə təsnifat mərhələsi başa çatıb
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında 17-21 yaş kateqoriyasında qadınlar arasında ikili minibatut üzrə təsnifat mərhələsi başa çatıb.

Təsnifat mərhələsində uğurla çıxış edən ABŞ idmançıları Qreys Harder, Kameran Kuper, kanadalı Anna Metheral, Rusiya gimnastları Alena Kalaşnikova, Veronika Tuqarina, ispaniyalı Erika Sanz və britaniyalı Emma Şarpley həlledici mərhələyə vəsiqəni təmin ediblər.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 65 dəfə oxundu.