“Zirə” klubu Georgi Stoilovla yollarını ayırıb
Bakının “Zirə” klubu futbolçusu Georgi Stoilovla yollarını ayırıb.

Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub göstərdiyi xidmətlərə görə, 26 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, G.Stoilov avqustun 4-də “Zirə” ilə 2+1 illik müqavilə imzalamışdı.

Xəbər 572 dəfə oxundu.