Klublar arasında Avropa Liqasına iki cüdoçumuz qatılacaq
Dekabrın 11-də Çexiyada cüdo üzrə klublar arasında Avropa Liqası keçiriləcək.

Turnirdə Azərbaycan milli komandasının iki üzvü – Hidayət Heydərov (73 kq) və Zaur Dünyamalıyev (90 kq) mübarizə aparacaq. Belə ki, Hidayət Heydərov Rusiyanın “Lokomotiv”, Zaur Dünyamalıyev Ukraynanın “Jc Spartakivets” klublarının heyətlərində çıxış edəcəklər.

Yarışda ümumilikdə 14 klub mübarizə aparacaq.

Xəbər 331 dəfə oxundu.