Avropa Çempionlar Liqasında dörd cüdoçumuz iştirak edəcək
Dekabrın 11-də Parisdə cüdo üzrə klublar arasında Avropa Çempionlar Liqası keçiriləcək.

Yarışda Azərbaycan milli komandasının dörd cüdoçusu mübarizə aparacaq. Belə ki, Orxan Səfərov (66 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) Yunanıstanın “Aris”, Rüstəm Orucov (73 kq) isə Serbiyanın “Red Star” klubunda çıxış edəcəklər.

Yarışda ümumilikdə 15 klub mübarizə aparacaq.

Xəbər 338 dəfə oxundu.