Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azfar” MMC-nin stadionunda idman könüllüləri arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.

“Zəfər” komandası turnirin qalibi olub. “Mübariz” yarışı ikinci, “Polad” isə üçüncü pillədə başa vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Cəlil Əlizadə, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təşkilati işlər üzrə meneceri Adilə Səfərova iştirak ediblər.

Xəbər 305 dəfə oxundu.