UEFA “Qarabağ” klubu ilə bağlı növbəti paylaşım edib
Futbol üzrə UEFA Konfrans Liqasının rəsmi “Twitter” səhifəsi Ağdamın “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Səhifədə 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin dördüncü turunda “Kayrat”la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

Xatırladaq ki, “Kayrat” – “Qarabağ” qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 292 dəfə oxundu.